×
A
A
A
Sazlamalar

Rusiyalı aşpaz: Azərbaycan Aşpazlarının Çempionatı yüksək səviyyədə təşkil edilib

Bakı, 18 may, Əziz Məmmədov, Göyçək Mahmudlu, AZƏRTAC 

Mayın 15-17-də “World Food Azerbaijan” çərçivəsində Bakı Ekspo Mərkəzində Azərbaycan Aşpazlarının I Çempionatı keçirilib.
Azərbaycan Aşpazlarının I Çempionatının hakimlər kollegiyasının üzvü, Rusiyanın BBQ-Klubunun prezidenti Don Davidin sözlərinə görə, əfsanəvi aşpaz Şahhüseyn Kərimovun xatirəsinə həsr olunmuş çempionat ən yüksək səviyyədə təşkil edilib. O deyib: “Keyfiyyətli və şəffaf hakimliyi təmin etmək üçün dünya şöhrətli hakimlərdən və müxtəlif kulinariya təşkilatlarının başçılarından ibarət hakimlər kollegiyası toplanıb. Bir sözlə, hamı razı qalıb”.

Sosial 2019-05-18 18:59:00