×
A
A
A
Sazlamalar

Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5140,8 min nəfərə bərabər olub

Bakı, 18 may, AZƏRTAC 

Mayın 1-nə olan ilkin məlumatlara əsasən Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5140,8 min nəfərə bərabər olub. Onlardan 4887,1 min nəfərini məşğul əhali təşkil edib.
Bu barədə AZƏRTAC-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bu ilin I rübünün sonuna ölkə ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün verilmiş və müddəti uzadılmış iş icazələrindən qüvvədə olanlara malik olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı 1179 nəfər təşkil edib. Onlardan 33,2 faizi tikintidə, 21,2 faizi mədənçıxarma sənayesində, 10,1 faizi emal sənayesində, 8,3 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 4,9 faizi təhsil, 4,6 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri və 17,7 faizi digər sahələrdə məşğul olmaq üçün iş icazələrinə malik olublar.
Yanvar-mart aylarında bir işçiyə düşən orta aylıq iş saatı 144,6 təşkil edib.

Sosial 2019-05-18 18:07:00