×
A
A
A
Sazlamalar

İstanbulda “Qafqazda əməkdaşlıq: fürsətlər və problemlər” mövzusunda tədbir keçirilib

İstanbul, 16 may, АZƏRTAC
İstanbulda Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırma Mərkəzinin təşkilatçılığı ilə “Qafqazda əməkdaşlıq: fürsətlər və problemlər” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, iki hissədən ibarət tədbirin türkiyəli professor Mustafa Aydının moderatorluğu ilə keçirilən birinci hissəsi "Türkiyə-Azərbaycan-Gürcüstan üçtərəfli əməkdaşlıq modeli" mövzusuna həsr olunub. Tədbirdə Qafqazda siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub, həmçinin Türkiyə-Azərbaycan əlaqələrinin dünyaya nümunə olduğu qeyd edilib.
Tədbirin ikinci hissəsi "Qafqazda problemlər və həlli imkanları" mövzusunda türkiyəli professor Çağrı Erhanın moderatorluğu ilə keçirilib. Bu hissədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Türkiyə-Ermənistan sərhəd qapıları məsələsi ətrafında fikir mübadiləsi aparılıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Siyasət 2019-05-16 14:04:00