×
A
A
A
Sazlamalar

Rəsm əsərlərinin respublika satış yarmarkasına qəbulunun vaxtı uzadılıb

Bakı, 16 may, AZƏRTAC

Mədəniyyət Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə elan olunan rəssamların əsərlərinin satış-sərgi yarmarkası üçün əsərlərin son qəbul tarixi mayın 20-dək uzadılıb.
AZƏRTAC xəbər verir ki, yarmarkada nümayiş və satış üçün təqdim edilən sənət əsərləri münsiflər tərəfindən seçiləcək. Beləliklə, seçilmiş rəsm əsərləri iyunun 17-dən iyulun 17-dək Bakı Expo Mərkəzində reallaşacaq azərbaycanlı rəssamların əsərlərinin satış-sərgi yarmarkasında təqdim olunacaq.

İncəsənət 2019-05-16 10:25:00