×
A
A
A
Sazlamalar

Qeyri-rəsmi məşğulluğun qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər xüsusi mükafata layiq görülüb

Bakı, 15 may, AZƏRTAC 

Beynəlxalq Sosial Təminat Assosiasiyasının Avropa regionunda sosial sahədə qabaqcıl təcrübələrin qiymətləndirilməsi üçün keçirdiyi ən “Yaxşı təcrübə” müsabiqəsində Azərbaycanın daha bir uğurlu iş təcrübəsi - ölkəmizdə qeyri-rəsmi məşğulluğun qarşısının alınması sahəsində görülən tədbirlər ən “Yaxşı təcrübə” xüsusi mükafatına layiq görülüb.
Bu barədə AZƏRTAC-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən məlumat verilib.
Nazirliyin məşğulluq siyasəti və demoqrafiya şöbəsinin müdiri Elnur Süleymanov Prezident İlham Əliyevin 2017-ci il 9 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nına əsasən ardıcıl işlərin aparıldığını bildirib.
O qeyd edib ki, ötən il əmək müqavilələrinin sayında 91,3 min artım qeydə alınıb. Həmçinin dövlət başçısının müvafiq Sərəncamı ilə minimal əməkhaqqının artması, qeyri-leqal məşğulluğun leqallaşmasının stimullaşdırılmasına yönələn təsirli tədbirlər, xüsusən özəl sektorda tətbiq olunan yeni vergi-sığorta güzəştləri, eləcə də təbliğat-maarifləndirmə işləri əmək müqavilələrinin sayının bu ilin 4 ayında 80 mindən çox artmasına imkan verib.

Sosial 2019-05-15 15:24:00