×
A
A
A
Sazlamalar

Kiçikhəcmli gəmilərin sürücülərinə təhlükəsizlik qaydaları izah edilib

Bakı, 14 may, AZƏRTAC 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti Muğan Regional Mərkəzinin əməkdaşları ilə birgə mayın 14-də kiçikhəcmli gəmilərin istifadəçiləri üçün maarifləndirmə tədbiri keçirib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, Salyan rayonunun Xıdırlı kəndində “Kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı” mövzusunda keçirilən tədbirdə kiçikhəcmli gəmi istifadəçilərinə bu tip gəmilərin təchizat avadanlığı və təhlükəsiz istismar qaydaları barədə ətraflı məlumat verilib. Həmçinin həmin gəmilərin qanunvericiliklə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatının, texniki baxışdan keçirilməsinin və gəmi sürmək hüququ üçün sürücülük vəsiqələrinin alınmasının vacibliyi diqqətə çatdırılıb. Eyni zamanda, kiçikhəcmli gəmilərin sürücüləri naviqasiya cihazları, fərdi xilasedici vasitələr və həmin vasitələrdən istifadə qaydaları haqqında da maarifləndiriliblər.
Sonda tədbir iştirakçılarına maarifləndirmə xarakterli broşürlər paylanıb.

Sosial 2019-05-14 17:28:00