×
A
A
A
Sazlamalar

Avropa Şurasının nümayəndə heyəti Vəkillər Kollegiyasında olub

Bakı, 7 may, AZƏRTAC
Mayın 7-də Avropa Şurasının Siyasi Məsələlər Direktorluğunun rəhbəri Aleksandr Qesselin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikası Vəkillər Kollegiyasında olub.
Vəkillər Kollegiyasından AZƏRTAC-a bildiriblər ki, səfərin məqsədi Azərbaycanın Avropa Şurasına üzvlük öhdəliklərinin icrası vəziyyəti ilə bağlı növbəti monitorinq hesabatının hazırlanmasıdır.
Kollegiyanın sədri Anar Bağırov nümayəndə heyətinə ölkəmizdə vəkilliyin müstəqilliyinin daha da gücləndirilməsi, vəkillərin peşə hazırlığının artırılması, tədrisi məsələləri üzrə Avropa Şurası ilə səmərəli əməkdaşlıq və onun nəticələri, ölkəmizdə Avropa Şurasının HELP proqramının təşviqi barədə ətraflı məlumat verib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Sonra qonaqlar Vəkillər Kollegiyasının inzibati binası ilə tanış olublar.

Sosial 2019-05-07 19:55:00