×
A
A
A
Sazlamalar

Azərbaycan Prezidenti: Sənaye müəssisələrinin yaradılması prosesi yaxşı nəticələr verir

Bakı, 1 may, AZƏRTAC
Sənaye istehsalı sahəsində iri sənaye müəssisələrinin yaradılması prosesi yaxşı nəticələr verir. Ancaq biz çalışmalıyıq ki, kiçik, orta sənaye müəssisələri daha da fəal olsun, həm yeniləri yaradılsın, həm də fəaliyyətdə olan sənaye obyektləri öz işini təkmilləşdirsinlər ki, rəqabətqabiliyyətli məhsullar istehsal olunsun.
AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.
Dövlətimizin başçısı deyib ki, bu, həm iş yerləridir, həm yerli istehsaldır, idxaldan asılılığın aradan qaldırılmasıdır. Sənaye parklarının bu sahədə böyük əhəmiyyəti var. Bizdə sənaye parklarında, sənaye zonalarında 60-a yaxın rezident var. Bu parklara, zonalara artıq 3,3 milyard dollar sərmayə qoyulub. Əgər biz sənaye parklarını yaratmasaydıq, bu vəsait də qoyulmazdı. Orada güzəştli şərtlər tətbiq olunur, investorlar vəsait qoyur, iş yerləri yaradır və nəticə etibarilə ölkəmiz inkişaf edir.

Sənaye 2019-05-01 16:31:00