×
A
A
A
Sazlamalar

Filippində 6,4 bal gücündə daha bir zəlzələ olub

Tokio, 23 aprel, AZƏRTAC

Aprelin 23-də yerli vaxtla saat 13:11 dəqiqədə Filippinin mərkəzində yerləşən Samar adasında 6,4 bal gücündə zəlzələ olub.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb. Yeraltı təkanların episentri bir gün əvvəl baş vermiş zəlzələdən 375 mil cənub-şərqdə, ocağı 59 kilometr dərinlikdə yerləşib.
Dağıntılar və zərərçəkənlər barədə hələlik məlumat verilmir. Sunami təhlükəsi elan edilməyib.
Bir gün əvvəl Luson adasında baş verən zəlzələ nəticəsində isə həlak olanların sayının 11-ə çatdığı bildirilir.

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Dünya 2019-04-23 14:29:00