×
A
A
A
Sazlamalar

Sumqayıt Dövlət Universitetinin komandası güllə atıcılığı üzrə şəhər çempionatının qalibi olub

Sumqayıt, 23 aprel, Ətrabə Rzayeva, AZƏRTAC

Sumqayıt Dövlət Universitetinin komandası güllə atıcılığı üzrə şəhər çempionatının qalibi olub. Sumqayıtdakı Paralimpiya İdman Kompleksində keçirilən yarış Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən təşkil olunub.
AZƏRTAC xəbər verir ki, şəhərin ali, orta ixtisas məktəbləri və peşə liseylərinin iştirak etdikləri çempionat Sumqayıtın 70 illik yubileyinə həsr olunub. Pnevmatik silahdan güllə atıcılığı üzrə şəhər çempionatında 12 komanda qalib adı uğrunda mübarizə aparıb. Yarışda Sumqayıt Dövlət Universitetinin komandası 202 xalla birinci yerə layiq görülüb.
Qalib komandaya Gənclər və İdman Baş İdarəsinin Fəxri fərmanı və kuboku təqdim olunub.

Regionlar 2019-04-23 13:34:00