×
A
A
A
Sazlamalar

Hindistanda avtomobil qəzasında 7 nəfər ölüb, 34 nəfər yaralanıb

Bakı, 21 aprel, AZƏRTAC

Hindistanda avtobusla yük avtomobilinin toqquşması nəticəsində 7 nəfər ölüb, 34 nəfər müxtəlif dərəcədə bədən xəsarəti alıb.
AZƏRTAC Hindistan KİV-lərinə istinadla xəbər verir ki, Dehlidən Varanasiyə gedən avtobus Aqra-Luknou magistralında yük avtomobili ilə toqquşub. Qəza vaxtı avtobusda 41 sərnişin olub. Avtobusun sürücüsü də daxil olmaqla yaralananlar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.
Hazırda təhqiqat aparılır.

Dünya 2019-04-21 18:52:00