×
A
A
A
Sazlamalar

Cənubi Koreya polisi:"Hyundai" ailəsinin üzvü narkotik vasitə qəbul etdiyinə görə saxlanılıb

Bakı, 21 aprel, AZƏRTAC

Cənubi Koreya polisi ölkənin ən iri korporasiyalarından olan "Hyundai"ın təsisçisi Çunq Cu-yunqun 28 yaşlı nəvəsini narkotik vasitə qəbul etdiyinə görə saxlayıb.
AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, İnçon aeroportunda saxlanılan gənc "Hyundai"ın təsisçisinin 7-ci oğlu və "Hyundai M Parnetrs Co." şirkətinin idarə heyətinin sədri Çun Monq-ilin böyük oğludur.
Bildirilir ki, o, ötən il 3 dəfə qeyri-qanuni yolla əldə edilmiş maye formada marixuana qəbul etdiyinə və ölkənin digər iri şirkətlərindən olan "SK Group"un təsisçisinin nəvəsi ilə birgə marixuana çəkdiyinə görə saxlanılıb. Digər gənc fevral ayında saxlanılıb.

Dünya 2019-04-21 18:28:00