×
A
A
A
Sazlamalar

Ukraynada seçicilərin 48 faizə yaxını səs verib

Kiyev, 21 aprel, AZƏRTAC

Ukraynada prezident seçkilərinin ikinci turunda yerli vaxtla saat 15:00-a olan nəticəyə görə, ilkin hesablamalara əsasən seçici fəallığı 47,87 faiz təşkil edib. Bu da seçkilərin birinci turunun analoji vaxtı ilə müqayisədə artıqdır.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukraynanın Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
Məlumata görə, seçicilərin aktivliyi saat 12:00-dan sonra artıb.
Qeyd edək ki, seçkilərin ikinci turunda prezidentlik uğrunda namizədlər Vladimir Zelenski ilə Petro Poroşenko mübarizə aparırlar.

Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev

Dünya 2019-04-21 16:19:00