×
A
A
A
Sazlamalar

Riqa ətrafındakı meşələrdə yanğınlar başlayıb

Riqa, 21 aprel, AZƏRTAC

Riqa ətrafındakı meşələrdə iri yanğınlar başlayıb.
AZƏRTAC xəbər verir ki, 8 hektarlıq ərazidə quru otun alışmasından yaranan yanğın yaxınlıqdakı meşəyə keçib. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.
Yanğının genişlənərək Riqaya yaxınlaşması ciddi təhlükə yaradır.


Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa

Dünya 2019-04-21 13:52:00