×
A
A
A
Sazlamalar

Türkiyəli alimlər Aqrar Universitetdə mühazirə oxuyublar

Gəncə, 21 aprel, Rauf Hacıyev, AZƏRTAC

Atatürk Universitetinin professorları Abdulmecit Albayrak, Yasin Bayır və dosent Erol Akpınar Mövlanə Mübadilə Proqramı çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetinin Baytarlıq təbabəti və zoomühəndislik fakültəsində tələbələrə bitkinin botaniki, farmakoqnostiki və farmakoloji aspektlərdə öyrənilməsinə dair mühazirə oxuyub.
Universitetin Mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, akademik mobillik proqramına əsasən həyata keçirilən bu cür tədbirlər hər iki universitet arasında elm və tədris sahəsində qarşılıqlı əlaqələrin daha da möhkəmlənməsinə istiqamətlənib.
Hazırda Aqrar Universitetin bir məzunu Atatürk Universitetində magistraturada oxuyur, bir magistrant və 2 bakalavr isə 6 aylıq tədris proqramına cəlb edilib. Həmçinin Atatürk Universitetinin 2 bakalavrı Aqrar Universitetdə 6 aylıq tədris proqramını yerinə yetirir.

Regionlar 2019-04-21 13:41:00