Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın növbəti toplantısı keçirilib
Bakı, 20 aprel, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzində Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın növbəti toplantısı keçirilib.
Agentliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, toplantıda Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, həmçinin İctimai Şuranın nümayəndələri iştirak ediblər.
Tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi internet səhifəsinin ilkin təqdimatı olub, onun imkanları və görülmüş işlər barədə ətraflı məlumat verilib.
Sonra geniş fikir mübadiləsi aparılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, saytın təkmilləşdirilməsi ilə əlaqədar təkliflər bildirilib.
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb