×
A
A
A
Sazlamalar

Gürcüstanın Prezident Administrasiyasının rəhbəri yaxın günlərdə vəzifəsindən gedəcək

Tbilisi, 20 aprel, AZƏRTAC

Gürcüstanın Prezident Administrasiyasının rəhbəri Laşa Jvania mayın 1-dən vəzifəsindən gedəcək.
AZƏRTAC xəbər verir ki, L.Jvania bu barədə özünün “Facebook” səhifəsində yazıb.
O mayın 1-dən fəaliyyətini Gürcüstan patriarxlığında davam etdirəcək.
L.Jvania vəzifəsindən azad olunması ilə bağlı Prezident Salome Zurabişviliyə mart ayında müraciət edib. Dövlət başçısı onun mayın 1-dən etibarən vəzifəsini tərk etməsi barədə qərar verib.
Məlumat üçün qeyd edək ki, L.Jvania 2018-ci ilin dekabrında Gürcüstan Prezident Administrasiyasının rəhbəri təyin olunub. O, bundan əvvəl Gürcüstan Patriarxlığı Fonduna rəhbərlik edib.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Dünya 2019-04-20 08:10:00