×
A
A
A
Sazlamalar

Braziliyanın əfsanəvi pilotunun dəbilqəsi Papaya hədiyyə edilib

Roma, 20 aprel, AZƏRTAC

Braziliyanın əfsanəvi “Formula 1” pilotu, üçqat dünya çempionu Ayrton Sennanın taxdığı dəbilqə Papa Frensiskə hədiyyə edilib.
AZƏRTAC xəbər verir ki, dəbilqəni Papaya pilotun qardaşı qızı Byanka Senna Lalli təqdim edib.
Qeyd edək ki, Ayrton Sennan 1994-cü ilin mayında San-Marino Qran-Prisində test yürüşü zamanı qəza nəticəsində faciəvi şəkildə həyatını itirib.

Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma

Dünya 2019-04-20 06:28:00