×
A
A
A
Sazlamalar

Cənubi Koreya prezidenti və Macarıstanın Baş naziri Qazaxıstana səfər edəcək

Nur-Sultan, 20 aprel, AZƏRTAC

Yaxın günlərdə Koreya Respublikasının prezidenti Mun Çje İn və Macarıstanın Baş naziri Viktor Orban Qazaxıstana rəsmi səfərə gələcək.
AZƏRTAC xəbər verir ki, aprelin 21-23-də Koreya Respublikasının prezidenti Mun Çje İn Qazaxıstana ilk rəsmi səfəri çərçivəsində silsilə görüşlər keçirəcək. Müzakirələrdə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Cənubi Koreya lideri ilə siyasi, ticari, iqtisadi, investisiya və mədəni-humanitar sahələrdə ikitərəfli əlaqələrin hazırkı vəziyyəti və perspektivləri, regional və beynəlxalq məsələləri müzakirə edəcək.
Dövlət başçısı aprelin 24-də Qazaxıstanda rəsmi səfərdə olacaq Macarıstan Baş naziri Viktor Orbanla da görüşəcək.
Macarıstanın Baş naziri Qazaxıstan prezidenti ilə iki ölkə arasında əməkdaşlıq və beynəlxalq məsələləri müzakirə edəcək.

 

İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan 

Dünya 2019-04-20 02:00:00