×
A
A
A
Sazlamalar

“Huawei” şirkəti 600 dollar məbləğində “5G” smartfon istehsal edəcəyinə söz verir

Bakı, 19 aprel, AZƏRTAC

“Huawei” şirkəti 5-ci nəsil mobil şəbəkəsinə qoşulma imkanına malik ucuz smartfon istehsalı haqqında planını bölüşüb. İstehsalçı belə telefonun qiymətinin 600 dolları ötməyəcəyinə dair söz verib və bu, rəqib şirkətlərin müvafiq modelləri ilə müqayisədə 2 dəfə ucuzdur.
AZƏRTAC xarici KiV-lərə istinadla bildirir ki, “Financial Times” nəşrinə müsahibəsində Çin şirkətinin marketinq direktoru Piter Çjou bu barədə məlumat verib. Onun proqnozuna görə, sözügedən qurğunun qiyməti 2020-ci ilədək daha ucuz olacaq.
Yüksəksürətli “5G” şəbəkəsini dəstəkləyən 600 dollarlıq smartfon bazarda ən əlverişli təklif olacaq. Müqayisə üçün, aprelin əvvəlində Cənubi Koreyada təqdim edilmiş “Samsung Galaxy S10” aparatının qiyməti 1200 dollardan çoxdur.

 

Dünya 2019-04-19 20:09:00