×
A
A
A
Sazlamalar

İtaliyanın Baş naziri ABŞ Prezidenti ilə Liviyadakı vəziyyəti müzakirə edib

Roma, 19 aprel, AZƏRTAC
İtaliyanın Baş naziri Cüzeppe Konte ilə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.
AZƏRTAC Baş nazirin ofisinin yaydığı məlumata istinadla xəbər verir ki, Cüzeppe Konte və Donald Tramp Liviyadakı vəziyyəti müzakirə ediblər. Bildirilir ki, tərəflər Liviyada yaşanan böhranın davamlı həlli yollarının müəyyənləşdirilməsi üçün birbaşa əlaqənin saxlanılması barədə razılığa gəliblər.


Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma

Dünya 2019-04-19 19:39:00