×
A
A
A
Sazlamalar

® “Rabitabank Bot”un yeni imkanı ilə pul göndərmək bu qədər rahat olmamışdı

Ölkənin ilk chatbot-u olan “Rabitabank Bot” daha bir xidmət tətbiqini reallaşdırıb.

“Rabitabank Bot”un yeni imkanı vasitəsilə artıq dostunuza pul göndərmək daha rahat olub. Belə ki, siz “Telegram”da dostunuzla yazışma pəncərəsini tərk etmədən, elə həmin pəncərədə istədiyiniz məbləğdə pulu “Rabitabank Bot”un xidmətini aktivləşdirərək göndərə bilərsiniz.
Bu imkandan yararlanmanız üçün, sadəcə yazışdığınız və yaxud pul göndərmək istədiyiniz dostunuzun yazışma pəncərəsinə daxil olub @RabitabankBot qeyd edirsiniz, daha sonra göndərmək istədiyiniz məbləği seçirsiniz, göndər düyməsini sıxırsınız. Həmin pəncərədə siz və qarşı tərəf avtomatik pulun köçürülməsi ilə əlaqəli olaraq təsdiq cavabı alacaqdır.
Həmçinin “Rabitabank Bot” kommunal və mobil operatorlar ödənişləri, pul göndərmə, pul istəmə, hesabı bölmə (split bill), plastik kart sifarişi, kredit sifarişi, kredit ödəmə kimi əməliyyatları müştərilərinə təqdim edir.
Ölkənin ilk müstəqil banklarından olan “Rabitəbank” 23 filial və 2 şöbədən ibarət xidmət şəbəkəsi, 65 ATM ilə müştərilərin xidmətindədir. Bankın bütün xidmət, məhsul və sərfəli kampaniyaları haqqında daha ətraflı məlumat almaq üçün bankın 133 “qaynar xətti”nə aid www.133.az saytına daxil olmaq və ya 133 Məlumat mərkəzinə zəng etmək kifayətdir.

Maliyyə 2019-04-19 13:48:00