×
A
A
A
Sazlamalar

Diplomatik korpus nümayəndəliklərinin rəhbərləri Şamaxı rayonuna səfər edib

Bakı, 19 aprel, AZƏRTAC
Aprelin 19-da xarici ölkələrin Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklərinin rəhbərləri Şamaxı rayonuna səfərə gəliblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səfərdə 60-a yaxın xarici diplomat iştirak edir.
Səfərin məqsədi Şamaxı rayonunun sosial iqtisadi inkişafı, rayonda aparılan abadlıq-quruculuq işləri, o cümlədən turizm infrastrukturu ilə yaxından tanış olmaqdır.
Qeyd edək ki, səfər Azərbaycan Respublikası Prezidenti Administrasiyası, Xarici İşlər Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə həyata keçirilir.

Regionlar 2019-04-19 11:57:00