×
A
A
A
Sazlamalar

ABŞ Prezidenti Notr-Dam kilsəsinin bərpası üçün yerli mütəxəssislərin yardımını təklif edib

Roma, 19 aprel, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp Papa Frensiskə telefonla zəng edib. D.Tramp Papaya Notr-Dam kilsəsinin yenidən bərpası üçün ən yaxşı yerli mütəxəssislərin yardımını təklif edib.
AZƏRTAC ANSA agentliyinə istinadla xəbər verir ki, bu barədə ABŞ Prezidenti “Twitter” hesabında yazıb.
Danışıq əsnasında Venesueladakı vəziyyəti sabitləşdirmək və ölkənin demokratiyaya keçidinə kömək etmək məsələləri də müzakirə olunub.

Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma

Dünya 2019-04-19 08:34:00