×
A
A
A
Sazlamalar

Gürcüstan hökumətində yeni kadr dəyişikliyi olub

Tbilisi, 19 aprel, AZƏRTAC

Gürcüstan hökumətində yeni kadr dəyişikliyi olub.
AZƏRTAC xəbər verir ki, Baş nazir Mamuka Baxtadze iqtisadiyyat və davamlı inkişaf naziri Qeorgi Kobulianı vəzifəsindən azad edib.
Hökumət başçısının başqa bir əmri ilə Natiya Turnava iqtisadiyyat və davamlı inkişaf naziri təyin olunub.
N.Turnava bundan əvvəl nazir müavini vəzifəsində çalışıb.


Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Dünya 2019-04-19 03:21:00