×
A
A
A
Sazlamalar

Bolqarıstan ordusu hərbi gücünə görə dünyada altmışıncıdır

Sofiya, 18 aprel, AZƏRTAC

Dünya problemlərinin araşdırılması üzrə Stokholm İnstitutunun məlumatına əsasən, NATO-ya üzv olan 30 ölkə arasında Bolqarıstan adam başına düşən hərbi xərclərə görə 16-cı yerdədir.
AZƏRTAC xəbər verir ki, ötən ilin məlumata əsasən, 55 meyarı əhatə edən hərbi gücünə görə Bolqarıstan Avropa İttifaqında 15-ci, dünyada isə 60-cı yerdə qərarlaşır.
Məlumatda göstərilir ki, müdafiəyə sərf olunan vəsaitin 20,3 faizi hərbi texnikaya ayrılıb. Bu isə NATO-nun tövsiyə etdiyi 20 faizdən artıqdır.

 

İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Sofiya

Dünya 2019-04-18 21:25:00