×
A
A
A
Sazlamalar

Qaxda indiyədək 1790 hektarda yazlıq bitkilər əkilib

Qax, 18 aprel, Mustafa Dadaşov, AZƏRTAC

Qax rayonunun təsərrüfatlarında yaz-tarla işlərinin qızğın çağıdır. Fermerlər indiyədək 1790 hektar sahəyə yazlıq bitkilər əkiblər. Ümumiyyətlə, bu il rayonda 4845 hektarda yazılıq bitkilərin əkini proqnozlaşdırılır.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qax Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Eyvaz Aslanov məlumat verib.
Qurum rəsmisi bildirib ki, məhsul istehsalçıları indiyədək 301 hektar sahədə kartof, 220 hektarda tərəvəz, 34 hektarda lobya, 80 hektarda bostan bitkiləri əkib, 264 hektara vələmir, 793 hektara çoxillik yonca toxumu səpiblər. Bundan əlavə, cari ildə rayonda 1600 hektarda dən üçün qarğıdalı əkilməsi də planlaşdırılır. Bu günədək təsərrüfatlarda 96 hektarda qarğıdalı əkilib.
Sektor müdirinin məlumatına görə, aprelin 25-dən etibarən tütün şitillərinin sahələrə köçürülməsinə başlanılacaq.

Regionlar 2019-04-18 16:03:00