ABŞ və Çin arasında ticarət sazişi may ayında imzalana bilər
Bakı, 18 aprel, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp və Çin Xalq Respublikasının Sədri Si Cinpin may ayında Yaponiyada iki dövlət arasında ticarət sazişini imzalaya bilərlər.
AZƏRTAC xəbər verir ki, Bloomberg agentliyinin yaydığı məlumata görə, ABŞ və ÇXR liderlərinin ticarət sazişini imzalayacağı sammit may ayının sonlarında Yaponiyada baş tuta bilər. Həmin vaxt Donald Tramp Yaponiyanın yeni imperatoru – vəliəhd şahzadə Naruhito ilə görüşməyə gedəcək.
Hər iki tərəfin yüksək vəzifəli şəxsləri sazişə nail olmaq üçün mayın əvvəlinədək ticarət məsələləri üzrə intensiv şəxsi danışıqlar aparmağı planlaşdırırlar. ABŞ-ın ticarət nümayəndəsi Robert Laythayzer və maliyyə naziri Stiven Mnuçin aprelin 29-da Pekinə yola düşəcək, mayın 6-da isə Çinin vitse-prezidenti Lü He danışıq aparmaq üçün Vaşinqtona gələcək.
Zaxarova: ABŞ-ın Ukrayna, İsrail və Tayvana yardımı böhranı daha da dərinləşdirəcək
Bayden: Ukraynaya yardım döyüş meydanında təcili ehtiyacların ödənilməsi üçün zəruridir
ABŞ Konqresi Ukraynaya 61 milyard dollarlıq yardıma dair qanun layihəsini qəbul edib
Yaponiyada 2 hərbi helikopterlə əlaqə kəsilib
Zelenski: Ukrayna ABŞ-la təhlükəsizlik zəmanəti üzrə razılaşmaya yaxınlaşır