×
A
A
A
Sazlamalar

KXDR ABŞ ilə danışıqlarda Maykl Pompeonun iştirakını istəmir

Bakı, 18 aprel, AZƏRTAC
KXDR hakimiyyəti ABŞ-ın dövlət katibi Maykl Pompeonun Koreya yarımadasının nüvəsizləşdirilməsi üzrə danışıqlardan geri çağırılmasını tələb edir.
AZƏRTAC Yonhap informasiya agentliyinə istinadla xəbər verir ki, KXDR-in Xarici İşlər Nazirliyi danışıqlarda ABŞ tərəfindən “daha ehtiyatlı” siyasətçinin iştirakını tələb etdiklərini bildirib. Şimali Koreyanın xarici siyasət idarəsi Pompeonu Pxenyanın mövqeyini anlamamaqda ittiham edib.
“Hətta gələcəkdə ABŞ-la dialoq bərpa olunsa, mən yalnız onu istərdim ki, bizimlə danışıqlara Pompeonun əvəzinə daha mehriban və ünsiyyət təcrübəsinə malik şəxs çıxsın”, - deyə Şimali Koreya XİN-də ABŞ departamentinin direktoru Kvon Çon Quk bildirib. Onun sözlərinə görə, əgər Pompeonun müdaxiləsi olmasaydı, Hanoy sammitində problem yaşanmaz, işlər qarışmazdı.

Dünya 2019-04-18 12:54:00