Ukraynada prezident seçkilərinin ikinci turunda seçki məntəqələrini 50 mindən çox polis qoruyacaq
Kiyev, 18 aprel, AZƏRTAC
Ukraynada prezident seçkilərinin ikinci turunda seçki dairələrinin və məntəqələrinin təhlükəsizliyini 50 mindən çox polis qoruyacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Milli Polisinin rəis müavini Aleksandr Fatseviç məlumat verib. Bildirib ki, səsvermə günü Ukraynanın küçə və prospektlərində təhlükəsizliyin qorunmasına hüquq-mühafizə orqanlarının daha 11 min əməkdaşı cəlb olunacaq.
Qeyd edək ki, Ukraynada prezident seçkilərinin ikinci turu aprelin 21-də keçiriləcək. Aprelin 19-da Kiyevin mərkəzi “Olimpiya” stadionunda hər iki namizədin iştirakı ilə debat olacaq. Ukrayna Daxili İşlər Nazirliyi debatlarda təxminən 60 min seçicinin iştirak edəcəyini proqnozlaşdırır. Debatın təhlükəsizliyinə 10 mindən çox polis qüvvələri cəlb ediləcək.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
Zaxarova: ABŞ-ın Ukrayna, İsrail və Tayvana yardımı böhranı daha da dərinləşdirəcək
Bayden: Ukraynaya yardım döyüş meydanında təcili ehtiyacların ödənilməsi üçün zəruridir
ABŞ Konqresi Ukraynaya 61 milyard dollarlıq yardıma dair qanun layihəsini qəbul edib
Yaponiyada 2 hərbi helikopterlə əlaqə kəsilib
Zelenski: Ukrayna ABŞ-la təhlükəsizlik zəmanəti üzrə razılaşmaya yaxınlaşır