×
A
A
A
Sazlamalar

İtaliyanın Elba adası elektrik enerjisiz qalıb

Roma, 18 aprel, AZƏRTAC

İtaliyanın Toskana regionunda yerləşən Pyombino limanında yeraltı kabelin kəsilməsi nəticəsində Elba adası elektrik enerjisiz qalıb.
AZƏRTAC ANSA agentliyinə istinadla xəbər verir ki, adanı əsas elektrik enerjisi ilə təchiz edən “Terna” kabeli limanda aparılan işlər zamanı səhvən kəsilib. Hadisə nəticəsində mobil telefonların şəbəkəsində texniki nasazlıq yarandığı bildirilir.
Qeyd edək ki, Elba İtaliyada məşhur turistik ada hesab olunur.


Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma

Dünya 2019-04-18 11:59:00