×
A
A
A
Sazlamalar

Bolqarıstanın iqtisadiyyat nazirinin müavini daşınmaz əmlakla bağlı qalmaqala görə istefa verib

Sofiya, 18 aprel, AZƏRTAC

Bolqarıstanın iqtisadiyyat nazirinin müavini Aleksandr Manolev istefa verib.
AZƏRTAC xəbər verir ki, bu barədə Bolqarıstan hökumətinin mətbuat mərkəzi məlumat yayıb.
İstefaya səbəb kimi KİV-lərdə nazir müavinin Sandanski rayonunda Avropa vəsaiti hesabına hovuzlu villa inşa etməsi ilə bağlı yayılan yazıya görə ölkə Ali kassasiya prokurorluğunun araşdırma başlatması göstərilir. Bolqarıstanın Baş naziri Boyko Borisov Manolevin istefasını qəbul edib.

İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Sofiya

Dünya 2019-04-18 11:49:00