×
A
A
A
Sazlamalar

Yaponiya ilə Filippin müdafiə sahəsində əməkdaşlıq barədə razılığa gəliblər

Tokio, 18 aprel, AZƏRTAC

Yaponiyanın və Filippinin müdafiə idarələri rəhbərlərinin Tokioda keçirilən görüşündə tərəflər arasında əməkdaşlıq barədə razılıq əldə edilib.
AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, razılaşmaya əsasən, Yaponiya özünümüdafiə qüvvələri ABŞ və Filippin silahlı qüvvələrinin birgə təlimlərinə qatılacaq, həmçinin bu ölkəyə quruda, suda və havada öz müdafiə qabiliyyətini möhkəmləndirməyə kömək edəcək. Yaponiya və Filippin, həmçinin müdafiə qurğularının bir-birinə verilməsini və texniki əməkdaşlığı da həyata keçirəcəklər.
Bildirilir ki, bu addımlar Çinin Cənub Çin dənizində artan hərbi fəallığına cavab olaraq atılır.


Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Dünya 2019-04-18 11:42:00