×
A
A
A
Sazlamalar

Pakistanda sərnişin avtobusuna silahlı hücum: 14 nəfər öldürülüb

Bakı, 18 aprel, AZƏRTAC 

Pakistanda sərnişin avtobusuna silahlı hücum nəticəsində 14 nəfər öldürülüb.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, hadisə ölkənin cənub-qərbindəki Bəlucistan əyalətində baş verib. Polis araşdırmalara başlayıb. Baş nazir İmran Xan bu terror hadisəsini qınadığını bildirib, həlak olanların yaxınlarına başsağlığı verib.
Xatırladaq ki, aprelin 12-də Pakistanın Bəlucistan vilayətinin Kvetta şəhərində yerləşən bazarda kustar üsulla hazırlanmış partlayıcı qurğu işə salınıb. İnsident nəticəsində azı 20 nəfər həlak olub, 48 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Həlak olanlar arasında hərbçilər də var.

Dünya 2019-04-18 11:39:00