×
A
A
A
Sazlamalar

Çinin Tayvan adasında 6,7 bal gücündə zəlzələ olub

Pekin, 18 aprel, AZƏRTAC

Çinin Tayvan adasında yerli vaxtla günorta saat 13:01-də (Bakı vaxtı ilə 09:01) 6,7 bal gücündə zəlzələ qeydə alınıb.
AZƏRTAC Çin Seysmoloji Mərkəzinə istinadla xəbər verir ki, zəlzələ ocağı Xualien dairəsində Yer səthindən 24 kilometr dərinlikdə olub.
Hələlik dağıntı və tələfat barədə məlumat yoxdur.


Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin

Dünya 2019-04-18 10:39:00