×
A
A
A
Sazlamalar

Braziliyada binanın uçması nəticəsində 18 nəfər ölüb

Bakı, 18 aprel, AZƏRTAC

Braziliyanın Rio-de-Janeyro şəhərində qeyri-qanuni tikilmiş 2 binanın uçması nəticəsində 18 nəfər ölüb. Bu barədə “Brasil” agentliyi məlumat yayıb.
AZƏRTAC RİA Novosti agentliyinə istinadla xəbər verir ki, binaların uçması səbəbi araşdırılır. Binalar şəhərin yağışlardan ən çox əziyyət çəkmiş rayonlarından birində yerləşib. Hadisə nəticəsində, həmçinin 8 nəfər yaralanıb; onlardan 3-ü xəstəxanaya yerləşdirilib. Xilasedicilər dağıntılar altında axtarış aparırlar; 5 nəfərin taleyi məlum deyil.

Dünya 2019-04-18 06:58:00