×
A
A
A
Sazlamalar

İtaliya polisi “Kazamonika” mafiya şəbəkəsinin 23 üzvünü həbs edib

Roma, 17 aprel, AZƏRTAC

İtaliya polisi tərəfindən Romada keçirilən əməliyyat nəticəsində “Kazamonika” mafiya şəbəkəsinin 23 üzvü həbs edilib.
AZƏRTAC “ilmessaggero.it” saytına istinadla xəbər verir ki, həbs edilənlər müxtəlif cinayətləri törətməkdə, habelə narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunurlar. Bildirilir ki, “Kazamonika” Romada ən tanınmış kriminal ailədir.

Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma

Dünya 2019-04-17 21:36:00