×
A
A
A
Sazlamalar

Türkmənistan və Cənubi Koreya arasında əməkdaşlığa dair sənədlər imzalanıb

Aşqabad, 17 aprel, AZƏRTAC

Türkmənistanda rəsmi səfərdə olan Koreya Respublikasının Prezidenti Mun Ce-in və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə ikitərəfli əlaqələrin inkişafı məsələləri müzakirə olunub, gələcəkdə dövlətlərarası münasibətlərin genişləndirilməsi, beynəlxalq və regional siyasətin əsas məsələlərinə dair yanaşmaların koordinasiya edilməsi, iqtisadi-ticarət, investisiya, mədəniyyət və humanitar sahələrdə əməkdaşlıq imkanları müzakirə olunub.
Görüşdə Türkmənistan-Koreya parlamentlərarası əlaqələrinin inkişafı və Xarici İşlər nazirlikləri arasında müntəzəm təmasların həyata keçirilməsinin əhəmiyyəti qeyd edilib.
Səfər çərçivəsində Aşqabadda müxtəlif nazirliklər səviyyəsində sazişlər imzalanıb.

İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Aşqabad

Dünya 2019-04-17 19:32:00