×
A
A
A
Sazlamalar

Üç ayda Azərbaycanda 6,3 milyard kilovat/saat elektrik enerjisi istehsal edilib

Bakı, 17 aprel, AZƏRTAC
Bu ilin birinci rübündə ölkədə 6 milyard 340,5 milyon kilovat/saat elektrik enerjisi istehsal edilib. Ondan əmtəəlik 6 milyard 113,8 milyon kilovat/saat elektrik enerjisi alınıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, həmin həcmin 5 milyard 778,8 milyon kilovat/saatı istilik, 295 milyon kilovat/saatı su, 8,2 milyon kilovat/saatı günəş, 31,8 milyon kilovat/saatı isə külək elektrik stansiyalarında istehsal olunub.

Energetika 2019-04-17 18:11:00