×
A
A
A
Sazlamalar

Rusiyanın beş ali məktəbi təhsilin keyfiyyətinə görə qlobal reytinqin ilk 100-lüyünə daxil edilib

Moskva, 17 aprel, AZƏRTAC

Rusiyanın beş ali məktəbi “Round University Ranking” agentliyinin versiyası üzrə təhsilin keyfiyyətinə görə qlobal reytinqin ilk 100-lüyünə daxil edilib.
AZƏRTAC xəbər verir ki, qlobal reytinqin ilk yüzlüyündə Rusiyanın bu ali məktəbləri daxildir: M.V.Lomonosov adına Moskva Dövlət Universiteti (38-ci yer), Tomsk Dövlət Universiteti (59-cu yer), Rusiya Xalqlar Dostluğu Universiteti (77-ci yer), Sankt-Peterburq Dövlət Universiteti (93-cü yer) və “MİFİ” Milli Nüvə Tədqiqatları Universiteti (94-cü yer).
“Round University Ranking” - universitetlərin beynəlxalq reytinqidir. RUR agentliyi tərəfindən tərtib edilən bu reytinq dünyanın 86 ölkəsindən 1100 universitetin fəaliyyətini qiymətləndirir.

 

Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

Dünya 2019-04-17 16:05:00