×
A
A
A
Sazlamalar

Kasıbın evi yandı, dövlətliyə xəbər oldu

Berlin, 17 aprel, AZƏRTAC

Avropada muzeylərin, kilsələrin və digərlərin ən əhəmiyyətli görməli yerlərin yanğından mühafizə sarıdan vəziyyətin hərtərəfli yoxlanılması başlanılıb.
AZƏRTAC Avropa KİV-lərinin monitorinqinin yekunlarına əsasən xəbər verir ki, son bir sutka ərzində həmin obyektlərin yanğın təhlükəsizliyinin gücləndirilməsi istiqamətində tədbirlər görülüb. Məsələn, Parisdəki yanğından sonrakı gün ərzində Köln kilsəsində, Esterqom bazilikasında, Antverpen kilsəsində, habelə Praqadakı Müqəddəs Vit kilsəsində yoxlamalar aparılıb. Gözlənildiyinə görə, dünya əhəmiyyətli obyektlərin demək olar hamısında buna oxşar prosedurlar həyata keçiriləcək.


Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin

Dünya 2019-04-17 11:07:00