×
A
A
A
Sazlamalar

Gürcüstanda beynəlxalq turizm kolleci açılacaq

Tbilisi, 16 aprel, AZƏRTAC 

Gürcüstan hökuməti turizmin beynəlxalq standartlar səviyyəsində inkişafına nail olmaq üçün planlar hazırlayır. Bunlardan biri də ölkədə beynəlxalq turizm kollecinin açılmasıdır.
AZƏRTAC xəbər verir ki, kollecin yaradılması ilə əlaqədar Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi, Milli Turizm Agentliyi və “McKinney Hospitality International Georgia” şirkəti arasında memorandum imzalanıb. Məqsəd turizmi, xidmət sahələrini Milli Turizm Strategiyasına uyğun inkişaf etdirməkdir.
İmzalanma mərasimində bildirilib ki, yeni yaradılacaq kollecdə restoran, kulinariya və otelçilik sahələri üzrə dərslər keçiriləcək.
Tədris proqramı ABŞ və Avropanın aparıcı turizm məktəblərinin təcrübəsinə əsasən hazırlanacaq.
Kollecdə Gürcüstan vətəndaşları ilə yanaşı, xarici ölkələrdən nümayəndələr də təhsil ala biləcəklər.
Təhsili əla qiymətlərlə başa vuranlara diplomla yanaşı, sertifikatlar da veriləcək və onlar müvafiq sahələrə göndəriş də ala biləcəklər.

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Dünya 2019-04-16 21:36:00