×
A
A
A
Sazlamalar

Azərbaycanın ixrac missiyası Qətərə gedəcək

Bakı, 10 aprel, AZƏRTAC
"Made in Azerbaijan" brendinin təşviqi, Azərbaycan məhsullarının ixracın genişlənməsi məqsədilə növbəti ixrac missiyası aprelin 12-16-da Qətərin paytaxtı Dohaya təşkil olunacaq.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ixrac missiyasına qida, tekstil, turizm və tikinti məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən 25 Azərbaycan şirkəti daxildir.
Səfər çərçivəsində ixraca dair müzakirələr aparılacaq, Azərbaycan şirkətləri Qətərin iri market şəbəkələri ilə tanış olacaqlar.

Biznes 2019-04-10 18:30:00