×
A
A
A
Sazlamalar

Mayda Şanxaya ixrac missiyası təşkil ediləcək

Bakı, 2 aprel, AZƏRTAC
Mayda Çinin Şanxay şəhərinə ixrac missiyası təşkil olunacaq.
AZƏRTAC xəbər verir ki, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) Şanxaya təşkil olunacaq ixrac missiyasında iştirak üçün sənəd qəbulu elan edib. İxrac missiyası mayın 13-dən 18-dək davam edəcək. Missiya qida, şərab və alkoqollu içki sahələrini əhatə edir.
İxrac missiyasında iştirak etmək üçün ixracatçılar müsabiqə əsasında seçiləcək.

Biznes 2019-04-02 12:28:00