×
A
A
A
Sazlamalar

Kanat Bozumbayev “Kalamkas” yatağında baş verən yanğının səbəbini açıqlayıb

Nur-Sultan, 27 mart, АZƏRTAC

Qazaxıstanın Mangistau vilayətinin "Kalamkas" yatağında baş vermiş yanğını artıq ikinci gündür söndürmək mümkün olmur.
AZƏRTAC xəbər verir ki, Qazaxıstan energetika naziri Kanat Bozumbayev Mangistau vilayətinin "Kalamkas" yatağında baş vermiş yanğınla bağlı vəziyyəti şərh edərək bildirib ki, quyudan su ilə birgə doldurulmuş qaz çıxıb. Görünür, germetizasiya işləri düzgün aparılmayıb. İndi əsas məsələ yanğını necə söndürməkdir.
Xatırladaq ki, martın 25-də yerli saatla 7:10-da Mangistau vilayətinin "MangistauMunayQaz" ASC-nin “Kalamkas” neft yatağının quyularından birində 900 kvadratmetr ərazidə 10 metr yüksəklikdə qaz və suyun püskürməsi nəticəsində açıq yanğın baş verib. Xəsarət alanlar yoxdur.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan 

Dünya 2019-03-27 05:30:00