×
A
A
A
Sazlamalar

Federika Moqerini “Sofiya” missiyasının bağlanmasını təklif edir

Roma, 26 mart, AZƏRTAC
Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Moqerini insan alveri ilə mübarizə aparan “Sofiya” hərbi-dəniz missiyasının ləğv olunması ilə bağlı yeni sənəd təklif edib.
AZƏRTAC “ilsole24ore“ saytına istinadla xəbər verir ki, Aİ-yə üzv 28 ölkəyə paylanılan sənəddə Liviya Sahil Mühafizəsinin peşəkar hazırlığının təşkili məqsədilə yeni missiyanın yaradılması nəzərdə tutulur.

 

Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma

Dünya 2019-03-26 15:59:00