Ukraynada prezident seçkilərində namizədlərin reytinq siyahısı açıqlanıb
Kiyev, 25 mart, AZƏRTAC
Ukraynada prezident seçkilərinin keçirilməsinə bir həftə qalmış namizədlərin reytinq siyahısı açıqlanıb.
AZƏRTAC xəbər verir ki, Kiyev Beynəlxalq Sosioloji İnstitutunun martın 14-23-də keçirdiyi rəy sorğusuna əsasən, ikinci tura hazırkı prezident Petro Poroşenko, şoumen Vladimir Zelenski və Ukraynanın sabiq Baş naziri, “Batkivşina” partiyasının lideri, deputat Yuliya Timoşenkonun şansları daha yüksək qiymətləndirilib. Namizədlərin reytinqində V.Zelenski (32,1 faiz) birinci, P.Poroşenko (17,1 faiz) ikinci yerdədir. Y.Timoşenko isə 12,5 faizlə ilk üçlüyü tamamlayıb.
Martın 31-də keçiriləcək prezident seçkilərində 39 namizəd mübarizə aparacaq.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
Zaxarova: ABŞ-ın Ukrayna, İsrail və Tayvana yardımı böhranı daha da dərinləşdirəcək
Bayden: Ukraynaya yardım döyüş meydanında təcili ehtiyacların ödənilməsi üçün zəruridir
ABŞ Konqresi Ukraynaya 61 milyard dollarlıq yardıma dair qanun layihəsini qəbul edib
Yaponiyada 2 hərbi helikopterlə əlaqə kəsilib
Zelenski: Ukrayna ABŞ-la təhlükəsizlik zəmanəti üzrə razılaşmaya yaxınlaşır