×
A
A
A
Sazlamalar

Yaponiya “Osprey” konvertoplanlarından xaricdəki xilasetmə əməliyyatlarında istifadə etməyi planlaşdırır

Tokio, 25 mart, AZƏRTAC
Yaponiya hökuməti ABŞ-ın “Osprey” nəqliyyat konvertoplanlarından xaricdə yapon vətəndaşlarının xilası və özünümüdafiə qüvvələrinin digər xüsusi əməliyyatlarının keçirilməsi zamanı istifadə etməyi planlaşdırır.
AZƏRTAC xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb.
Bildirilir ki, belə əməliyyatlar 2016-cı ildə qəbul edilən və özünümüdafiə qüvvələrinin bölmələrindən xaricdə istifadəsinə icazə verən qanuna uyğun olaraq konkret şəraitdə həyata keçiriləcək. Konvertoplanlar Yaponiya özünümüdafiə qüvvələrinin xüsusi terrorəleyhinə bölmələri tərəfindən istifadə ediləcək. Bu, həmin bölmələrin lazımi nəqliyyat vasitələri ilə təminatını yaxşılaşdıracaq.

 

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Dünya 2019-03-25 02:30:00