×
A
A
A
Sazlamalar

Emil Cəfərov: Tur-aksiyadan aldığım xoş təəssürat heç vaxt yadımdan çıxmayacaq

Zaqatala, 24 mart, Mustafa Dadaşov, AZƏRTAC
“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən tur-aksiyaya Ağstafa rayonundan qoşulmuşuq. Layihədə iştirak etdiyimə görə özümü xoşbəxt sanıram. Bu səyahət mənim həyatımda çox böyük hadisədir və tur-aksiyadan aldığım xoş təəssürat heç vaxt yadımdan çıxmayacaq.
Bu sözləri tur-aksiyanın iştirakçısı, Ağstafa şəhər 2 saylı tam orta məktəbin 10-cu sinif şagirdi Emil Cəfərov Zaqatalada AZƏRTAC-ın bölgə müxbirinə deyib.
Prezident İlham Əliyevin tövsiyəsi ilə reallaşan bu layihənin şagirdlərin hərtərəfli inkişafına, dünyagörüşlərinin zənginləşməsinə çox yaxşı təsir göstərdiyini vurğulayan Ağstafa məktəblisi deyib: “İndiyədək ölkəmiz, həmçinin səyahət etdiyimiz rayonlar barədə tarix və coğrafiya kitablarından müəyyən məlumatlar əldə etsək də, məhz bu tur-aksiya sayəsində doğma Azərbaycanımızın qədim tarixi məkanlarını, gözəlliklərini yaxından seyr etdik, ölkəmiz haqqında biliklərimiz daha da zənginləşdi. Burada gördüklərimi sinif yoldaşlarımla paylaşmağı səbirsizliklə gözləyirəm”.

Regionlar 2019-03-24 23:35:00