Sumqayıtlı məktəblilər cənub bölgəsi ilə yaxından tanış olacaqlar
Sumqayıt, 23 mart, Ətrabə Rzayeva, AZƏRTAC
Prezident İlham Əliyevin tövsiyəsinə əsasən “Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Sumqayıt şəhər orta ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdləri Lənkəran-Masallı-Astara marşrutu üzrə ekskursiyaya çıxıblar.
AZƏRTAC xəbər verir ki, əvvəlcə şəhərin Heydər Əliyev Mərkəzində tur-aksiyada iştirak edən məktəblilərlə görüş keçirilib.
Görüşdə ölkəmizin cənub bölgəsinə ekskursiyaya çıxan iştirakçılara turun məqsədi barədə məlumat verilib, Prezident İlham Əliyev tərəfindən gənc nəslə göstərilən dövlət qayğısından, gənclərin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən söz açılıb. Bildirilib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan "Ölkəmizi tanıyaq" layihəsi gənc və yeniyetmələrin vətənpərvərlik tərbiyəsinin daha da yüksəldilməsində, dünyagörüşünün formalaşmasında mühüm rol oynayır.
Ekskursiya iştirakçıları ümummilli lider Heydər Əliyevin Mərkəzin önündə ucalan abidəsini ziyarət edib, önünə tər güllər düzərək ehtiramlarını bildiriblər.
Sonra xüsusi geyimlərdə olan sumqayıtlı məktəblilər avtobusla Lənkərana yola düşüblər.
İranda baş verən zəlzələ Naxçıvan Muxtar Respublikasında hiss olunub - YENİLƏNİB
Ağdamda eyni gündə doğulub, eyni gündə də şəhid olan qardaşların xatirəsi anılıb
Qax Damazlıq İpəkçilik Stansiyasında 4785 qutu ipəkqurdu toxumu inkubasiyaya qoyulacaq
Naxçıvançaydan Heydər Əliyev su anbarına bərk tullantılar daxil olub
Otuza yaxın şəhid övladı Ağbulaq İstirahət Mərkəzində istirahət edib